---

Texniki baxışın qiyməti qaldırılıb? - Kərimin və onun şəriki Vüqarın rüsumları

8-03-2016, 02:23
Texniki baxışın qiyməti qaldırılıb? - Kərimin və onun şəriki Vüqarın rüsumları
Mİnik maşınlarında yeni qiymət 50-60 manat olub, yük maşınlarda isə 100-150 mant artım var?


Azərbaycanda avtomobillərin texniki baxış qaydalarında edilən dəyişiklikdən dolayı əksəriyyət vəziyyətin düzələcəyinə ümid edirdi. Amma həmin ümidlər boşa çıxmağa başlayıb. Çünki bui şlə məşğul olan Avtomobillərə Texniki Baxış İdarəsində qiymətlər yenidən qaldırılıb. 

XİA.az-a verilən məlumata görə, minik avtomobillərin texniki baxışdan keçirmək üçün dövlət rüsumu 20 manat olsada ərəfli polislərimiz 50 manat tələb edirdilərsə, bu il həmin rəqəm 60 manata qaldırılıb. Yük maşınları üçün yeni qiymətlər isə 100-150 manata artımla müşahidə olunur. 

Qeyd edək ki, bu qiymət artımı sünidir, yəni rüşvət məqsədi ilə alınır. Qanunvericiliyə görə isə nəqliyyat vasitələrinin texniki baxışına görə alınmalı olan rüsum heç də böyük məbləğlərlə ifadə olunmur. Məsələn, nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə, avtonəqliyyat vasitələri üçün - 20 manat, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün isə 10 manat dövlət rüsumu nəzərdə tutulub. 

«YEVLAX KƏRİMƏ XAHİŞ MİNNƏTLƏ 50 MANATA BAXIŞDAN KEÇİRSƏN»

Qeyd edək ki, Yevlax RAQİ və TBŞ-də bu qiymət artımı sünidir, yəni rüşvət məqsədi ilə alınır. Əldə etdiyimiz məlumata əsasən adıgedən təşkilatda dövlət rüsumu olduğu kimi deyil daha çox alınmalıdır. Qanunvericililkiyə əsasən hər bir dövlət rüsumu banka ödənməlidir. Rüsumdan əlavə bank xidməti ödənilir və buda bir manatdan çox təşkil etmir. Ancaq Yevlaxi RAQİ və TBŞ-də anormal "rüsumlae" mövcuddur. Buranın rəisinin xəbəri olub olmamasından heç nə deyə bilməsək də TB-da yük maşınlarının texnili baxışını 100 manatdan çoxa qaldırıblar. Digər minik avtomobillərinin isə son qiyməti 50 manat təşkil edir. Bəs görəsən vətəndaşlardan alınan pullar kimlərin cibinə axır? 

«SÜRÜCÜLƏRDƏN RÜSUMDAN ARTIQ PUL ALINMASI CİNAYƏTDİR»

«Qiymətin 20 manata qaldırılmasının da heç bir hüquqi əsası yoxdur. Rüsumun artırılması vətəndaşların vəziyyətini daha da ağırlaşdırır. Maşının icbari sığorta edilməməsi onun texniki baxışdan keçirilməsinə mane olan hal deyil. Bu, qeyri-rəsmi qaydadır. Belə məhdudiyyətin heç bir hüquqi əsası yoxdur. Bu səbəbə görə avtomobilləri texniki baxışdan keçirilməməsi cinayətdir. Sürücülərdən rüsumdan artıq pul alınması da cinayətdir. Avtomobillər texniki baxışdan keçirilmir və əvəzində pul alınırsa, bu da cinayətdir. İndiyədək bu cür hallarla bağlı heç bir tədbir görülməyib. Nəticə budur ki, vətəndaşlar 20 manat yox, daha çox pul ödəməli olur, bu da onların büdcəsinə ciddi ziyan vurur». Belə olduğu halda bəs nədən Kərim və onun şəriki Vüqar dövlət rüsumunu bu qədər qaldırıb? 

Qeyd edək ki, Kərim və onun şəriki Vüqar sürücülərdən aldıqları pullar dövlət rüsumu deyil şəxsi rüsumlarıdı.

Faktla bağlı DİN-nə müraciyət ünvanlamışıq. Mövzuya qayıdacağıq. 

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]