Əsas Səhifə / İdman

“Artıq əsəbdən saçım da ağarıb...” - Baş məşqçi

6-03-2016, 21:34
"Bir neçə futbolçuya istirahət verməyi düşünmüşdüm. Bunun səbəbi isə kubokda şansımız olmuşdu. Bəzi futbolçulara şans vermişdim. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Güclü külək işimizə mane oldu. Zədəlilərimiz var idi. Orxan Lalayev hərarəti ola-ola oynayırdı. Hesabın daha da böyüməməsi üçün ikinci hissədə müdafiə futbolu oynadıq. Rəşad Əzizovun yoxluğunda qapıçımız kobud səhvlər etdi. "Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm”.

Bu sözləri "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

"Kəpəz”ə 1:3 hesabıyla uduzduqları oyundan sonra Həsənov daha çox kubok matçı haqda danışıb:

"Qarşıdakı oyunlarda yaxşı oynamağa çalışacağıq. Kubokda şansımız var. "İnter” yaxşı olsa da, meydanda mübariz "Rəvan” görəcəksiniz. Futbolçularıma iradım yoxdur. Onlara təşəkkür edirəm. Bəlkə də səhvim futbolçulara istirahət verməyimdədir. Zədəlilərimizə görə çox əsəbi idim. İnanın, bu oyuna gəlmək istəmirdim. Əsas futbolçular olmayanda elə bil məhəllə futbolu oynayırıq. Artıq əsəbdən saçım da ağarıb. Bu da bizim qismətimizdi”.

Bəhmən bəy "Sanki çempionat oyunlarını düşünmürsüz” sualını belə cavablandırıb:

"İnter” brend komandadır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Nuran Qurbanova ümidim böyükdü. Amma stabil futbol nümayiş etdirmir. İstəyirəm ki, hər oyunda eyni futbolu oynamağı bacarsın. Ona müdafiədə futbolçu keçməyə qadağa qoymuşam. Əgər, rəqibi məğlub etmək istəyirsənsə, onların mövqeyində çalışmalısan? Mən "Arsenal”ın taktikasından çox yararlanmaq istəyirəm. Hər gün orda futbolçunun inkişafı qeydə alınır. İnkişafdan qalanı həmin an satışa çıxardırlar”.

Futbolinfo.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]