İdman

“Neftçi”nin əfsanəvi hücumçusu vəfat etdi

5-03-2016, 16:41
“Neftçi”nin əfsanəvi hücumçusu vəfat etdi

Moskvanın "Dinamo” klubuna 1955-ci ildə keçib.

"Neftçi”nin əfsanəvi hücumçusu Yuri Kuznetsov 84 yaşında vəfat etdi.

Xeberman.com xəbər verir ki, bu barədə maraqlarını qoruduğu "Dinamo” FK məlumat yayıb.

Yuri Kuznetsov hücumçu ampluasında çıxış edirdi və Bakı futbolunun yetirməsidir. SSRİ gələcək çempionu öz karyerasına "Neftçi”də başlayıb.

Moskvanın "Dinamo” klubuna 1955-ci ildə keçib və komandada 1960-cı ilə qədər çıxış edib. Sonra yenidən "Neftçi”yə qayıdıb və orada 1964-cü ildə oyunçu karyerasını sona çatdırıb.

Çempion-futbolçunun adı dəfələrlə SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısında olub. Sovet İttifaqının yığması üçün Kuznetsov üç matç oynayıb və üç qol vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]