Ölkə
Saatlı prokurorluğuna güc gələn dələduz direktor: ŞOK TƏFƏRRÜAT
1-03-2016, 22:47
Təxminən il yarım öncə "Bank Respublika” ASC-nin Sabirabad filialında baş verən qanunsuzluqlar haqda rəsmi məlumat yayılmışdı. Baş Prokurorluğun mətbuat xidmətinin o zaman yaydığı məlumata görə, "Bank Respublika” ASC-nin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb”.
Şamil Nurəliyevi və komandasının açıq cinayəti və cəzasızlıq
Cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib, bir neçə şəxs azadlıqdan məhrum edilib. Bu olayla bağlı cumhuriyyet.az olaraq apardığımız müstəqil araşdırmalar isə ilginc faktları üzə çıxarıb. Belə ki, redaksiyamıza daxil olan məlumata görə maliyyə maxinasiyalarının əsas iştirakçılarının bir çoxu hələ də azadlıqdadır. Məlumatlı mənbə bununla bağlı cumhuriyyet.az-a bildirib ki, əslən Saatlıdan olan 42 vətəndaşın adına saxta arayışlar yazılmaqla təxminən 450 min manat pulun fırıldaqla mənimsənilməsi üzə çıxıb. Saatlıda həmin bankın filialı olmadığına görə Sabirabad filialının rəhbəri Ağəddə Babayev Cabir Cahangirov adlı əslən Saatlıdan olan bir şəxslə əlaqəyə girərək həmin rayondakı təhsil, səhiyyə, o cümlədən gigiyena-epidemologiya, baytarlıq, suvarma və tikinti idarələrinin saxta arayışları hesabına külli miqdarda pul mənimsəyiblər. Cinayət işi başlandıqdan sonra C.Cahangirov həbs olunub, A.Babayev isə azadlıqda qalıb, sadəcə onun bankdakı vəzifəsi dəyişdirilib.
Baş vermiş cinayətin dairəsi Bank filialının rəhbərliyi və vasitəçi ilə yekunlaşmır. Yuxarıda da göstərildiyi kimi 42 Saatlı vətəndaşının adına saxta sənədlər tərtib olunub. Rayondakı mənbə cumhuriyyet.az-a Saatlı rayonunun müxtəlif dövlət idarələri tərəfindən verilən bu saxta sənədlərlə də bağlı konkret bilgi verib: "21 arayış təhsil şöbəsi, 6 arayış baytarlıq idarəsi, 3 arayış gigiyena-epidemologiya idarəsi, 4 arayış səhiyyə şöbəsi, 6 arayış su idarəsi, i arayış isə icra nümayəndəliyi tərəfindən verilib”. Maraqlıdır ki, saxta arayışlara imza atıb möhür vuran idarə rəisləri cəzasız qalıb. Bu sırada xüsusi aktivlik göstərən isə saxta arayışların tam yarısına imza atan Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev olub. Mənbəmizin sözlərinə görə o imzaladığı saxta arayışlara görə haqq da alıb, məsələnin üstü açıldıqda isə kadrlar şəbəsinin müdiri Vidadi müəllimə bütün saxtakarlığı z üzərinə götürməyi təklif edib. Əvvəl buna razılaşmayan Vidadi müəllim sonradan rayon maliyyə idarəsində işləyən Faiq adlı qardaşının təsiri ilə saxta arayışların məsuliyyətini öz üzərinə götürüb. Beləliklə də, bank maxinasiyalarından küllü miqdarda pul qazanan Şamil Nurəliyev məsuliyyətdən qaça bilib. O yalnız ötən ilin dekabr ayında vəzifəsindən kənarlaşdırılmaqla canını qurtara bilib.
Saatlı məüllimlərinin pulu necə mənimsənib: kredit dələduzluğu
Saatlı təhsilində kredit qalmaqalı daha geniş bir şəbəkəni əhatə edir. Araşdırmalarımız ilginc faktları üzə çıxarmaqla yanaşı hüquq-mühafizə orqanlarının da müəmmalı laqeydliyini ortaya çıxarıb. Belə ki, cumhuriyyet.az-a daxil olan faktlarda Saatlı raronunun üç müəllimi ilə bağlı kredit qalmaqalı əks olunub. Həmin məlumatlarda göstərilir ki, Saatli rayonu Məzrəli kənd tam orta məktəbinin müəllimi Quliyeva Dilarə Əliheydər qızı, yenə həmin məktəbin müəllimi Mənsimova Şəbnəm Azər qızı və eyni məktəbin digər bir müəllimi Həsənova Sara Malik qızı Ötən ilin əvvəllərində Saatlı rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məktəb direktoru tərəfindən aldadıldıqlarını bildirmişlər. Hər üç məllimə polis şöbəsinə yazdıqları ərizədə göstərmişlər ki, Saatlı rayon Məzrəli kənd orta məktəbinin direktoru Şükürov Mehman Qiyaməddin oğlu 2014-cü ilin yanvar və may aylarında vəzifəsindən sui istifadə edərək onların adına "Kapital Bank”dan kredit götürmüş, krediti götürərkən ayılq borcu özü ödədiyinə söz versə də bir il ərzində buna əməl etməmiş və kredit borcu müəllimlərin əməkhaqqından tutulmuşdur. Müəllimlər rayon polisindən üst-üstə 15 min manata yaxın kredit məbləğinin onlara Mehman Şükürov tərəfindən ödənilməsinə köməklik göstərilməsini və direktor barəsində qanuni tədbir görülməsini xahiş etmişlər.
Müəllimlərə kredit kələyi quran direktor: Mehman Şükürov kimdir?
Baş verənlərdə adı hallanan Mehman Şükürov haqda da bəzi məlumatlar əldə etmişik. Belə ki, rayondakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlara görə M.Şükürov ötən əsrin Mehman 80-ci illərində o zamanki Pedoqoji İnistitutun hərbi fakültəsini bitirib və ali təhsildən sonra bir neçə il Məzrəli kənd orta məktəbində hərbi müəllim işləyib. Bundan sonra o ailəsi ilə birlikdə Rusiyaya köçüb və burda bir neçə il yaşadıqdan sonra yenidən kəndə qayıdaraq öz ixtisası üzrə işləməyə başlayıb.2009-cu ildə isə pedoqoji stajı vəfaliyyəti bəlli olan M.Şükürov müəmmalı şəkildə məktəb direktoru təyin olunub. Deyilənə görə, o vaxt o özü bunu Vüsal adlı şərurlu bir qohumunun vasitəsilə reallaşdırdığını bildirib. Guya, həmin bu Vüsal adlı şəxs Sattlı rayon icra başçısı Siraqəddin Cabbarovla Binəqədi rayonunda işləyərkən yaxın dost olub və M.Şükürovun direktor təyin olunmasında bu fakt ciddi rol oynayıb. Məlum kredit qalmaqalından sonra isə 2014-cü ilin dekabrında M.Şükürov Məzrəli kənd orta məktəbinin direktoru vəzifəsindən azad olunub və hazırda həmin məktəbdə Bədən Tərbiyyə müəllimi işləyir. Kənd sakinlərinin və rayonun bir çox təhsil adamlarının sözlərinə görə M.Şükürov bu illər ərzində daha çox içki düşkünü kimi tanınıb.
Onu da bildirək ki, baş verənlər direktor M.Şükürov tərəfindən də etiraf olunur. Onun 2015-ci il sentyabrın 29-da özünün yazdığı izahatı olduğu kimi diqqətinizə çatdırırıq: "Mən Şükürov Mehman Qiyaməddin oğlu 2014-cü il yanvar ayının 11-də Naharlı kənd sakini Həsənova Sara Malik qızından bankdan 4.600 manat götürüb mənə verməsini xahiş etdim. Şərtimiz belə olmuşdu ki, ayılıq köçürməni mən ödəyəcəm. Baxmayaraq ki, aylıq köçürmə Həsənova Saranın əməkhaqqından tutulacaq o pulu mən ödəyəcəm. Lakin hələlik onun ödədiyi pulu mən ödəməmişəm. Sertimiz bele olmusdu ki ayliq kocurmeni menodeyecem Baxmayaraq ki ayliq kocurmeni Hesenova Saranin emek haqqindan tutulacaq o pulu men odeyecem. Lakin helelik onun odediyi pulu men odememisem. İmzamla təsdiq edirəm ki, nə qədər borcum qalıbsa Həsənova Saraya ödəməliyəm”.
Polis dələduz kimi tanıdığını prokurorluq necə himayə etdi?
Məzrəli kənd müəllimlərinin Saatlı rayon polis şöbəsinə şikayət ərizəsi əsasında M. Şükürov haqqında cinayət işinə başlanır. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq həmin hüquqi nəticəni də diqqətinizə çatdırırıq: " Iş.N-150700037 07 avqust 2015-ci il Saatlı şəhər RPŞ-nin istintaq bölməsinin müstəntiqi polis mayoru Süleymanov Ərşad Süleyman oğlu, icraatında olan HK-1/653 sayli materiali nezerden kecirib QƏRAR qəbul edir: Şükürov Mehman Qiyaməddin oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb ibtidai istintaq aparılmalı, şikayətçilər zərər çəkmiş şəxs qismində tanınmalıdır… Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokurorluğuna göndərilsin”.
Şikayətçilər zərərçəkmiş kimi tanındıqdan sonra M.Şükürov əl-ayağa düşməyə başlayır və borcunun bir hissəsini ödəyəcəyini deyərək, bunun müqabilində şikayətin geri götürülməsini xahiş edir. Amma… İş Saatlı rayon prokurorluğunun icraatına verilir və müəmmalı şəkildə bir neçə dəfə müstəntiqlər dəyişdirilir. Nəhayət yanvar ayının 26-da Ağdam rayon prokurorluğunun Saatlı rayon prokurorluğuna ezam edilmiş müstəntiqi Məmmədov Nemət Hüseyn icratında olan 150700037 nömrəli cinayət işinin istintaq materiallarını nəzərdən keçirib toretdiyi mueyyen edilmis diger cinayet emelleri hemin Mecellenin 179.2.2. , 179.2.3. ,179.2.4., 308.1 ve 313-cu maddelerine tovsir edilmisdir. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Həsənova Sara Malik qızı, Mənsimova ŞəbnəmAzər qızı və Quliyeva Dilarə Əliheydər qızının cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilir. Şikayətçilərin zərərçəkmiş kimi tanınmasına xitam verilməsi hələ də müəllimlər üçün müəmma olaraq qalıb. Bu arada isə M.Şükürovun kənddən pul toplaması və guya cəzadan tam yaxa qurtarması haqda söz-söhbət yayılıb…
Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.