Siyasət

İqbal Ağazadə Sərdar Həmidovun vəfatı ilə bağlı başsağlığı verdi

29-02-2016, 22:18
Başsağlığında deyilir:

"Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov dünyasını dəyişib.
Tərtər rayonunun icra başçısı olduğu müddətdə Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisi düşmən hücumlarından müdafiə edilib. Şəxsən döyüşlərdə iştirak edib və bir neçə güllə yarası alıb.
Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Sərdar Həmidova prezident Fəxri Fərman verimişdir.

Bu döyüş taktikası nəticəsində Ağdərə rayonunun bir neçə kəndi, o cümlədən ən böyük qəsəbəsi olan Mərgüşəvan erməni silahlı bölmələrinin işğalından azad olunaraq Tərtər rayonunun ərazisinə daxil edilib.
O, bir döyüşçü kimi bizim qəlbimizdə daim yaşayacaqdır. Sərdar bəyin vaxtsız vəfatı bizi dərindən sarsıtdı. Onu hörmətlə anır, vəfatından kədərləniyimizi bildirir, yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin!

Administratorla əlaqə

077 611-55-22

[email protected]