Kriminal

“TURAN” FUTBOL KLUBUNUN RƏHBƏRİ VİDADİ ƏHMƏDOVUN QARDAŞI UŞAQ ÖLDÜRÜB

27-02-2016, 19:08
" Zakir Qaralov və Şakir Musayev nəvəmin qanını batırıb”

Azərbaycanda qanunlar işləmədiyi üçün cinayətlərin əsl səbəkarı uzun müddət cəzadan yayına bilir. Daha dəqiq deyilərsə, bu ölkədə cinayətkar rüşvət verib asanlıqla polisi, prokuroru, məhkəməni satın ala bilər. Əgər belə olmasaydı Milli Təhlükəsizlik Nazirliyində oturan mütəşəkkil cinayətkarların əməlləri bir neçə aydan sonra üzə çıxardı. Ancaq təəssüf ki, şərti adı "MTN işi” olan "banda”nın əməlləri az qala 10 il sonra açılmağa başladı. Onu da deyəsən axıradək açılmağa qoymurlar. 
Bu gün telefon əlaqəsi saxlayan təqaüdçü müəllim İslam Aslanov bildirib ki, onun nəvəsi Azad İslamzadəni Fikrət Əhmədov avtomobillə vuraraq öldürüb: " Fikrət Əhmədov mənim 1-ci sinifdə oxuyan nəvəmi öz avtomobili ilə vurub öldürəndən sonra aparıb parka atıb. Nəvəmin avtomobillə vurulmasını tibbi ekspertiza da təsdiq edib. Ancaq sonradan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin əmri ilə rəylər dəyişdirilib. Bu işdə prokurorluq işçiləri də cinayətkarı müdafiə ediblər. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbulunda olsam da iş obyektiv aparılmayıb. Onlar nəvəmin qanını batırıblar”. 
Zərəçəkən onu da bildirib ki, Fikrət Əhmədov "Turan” futbol komandasının rəhbəri Vidadi Əhmədovun qardaşıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]