İqtisadiyyat

«Baku Electroniks»də zəmanət fırıldağı - Rusiyadan sizə hansı cavabı verəcəklər?

26-02-2016, 09:37

Lakin bu perfekslə verilmiş nömrə Moskva şəhərində yerləşib.

Bakı şəhərində 10-dan çox satış filalı olan «Baku Electroniks» dükanlar şəbəkəsindən mal alan müştərilmizdən biri çox ciddi problemlə üzləşib. Şikayət edən müştəri Abasov.R.U oğlu iddia edir ki, 09-10-2015-ci ildə «Baku Electroniks»dən «Samsunq» markalı televizor alıb. Alış kredit yolu ilə faizsiz qaydada həyata keçirilib. Ümumi dəyəri 800 manat olan satılmış məhsul bu günlərdə sıradan çıxıb.

Televizorda səs effekti olsa da, görüntü qəflətən itib. Nəticə etibarilə də əlində zəmanət talonu olan şikayətçi müştəri «Baku Electroniks»in Bakı satış və serviv mərkəzinə 143 saylı telefona müraciət edib. Bundan sonra isə həmin telefondan bildirilib ki, yaranmış nasazlıqla bağlı olaraq 088 555 55 55 saylı telefona müraciət olunsun.

Lakin bu perfekslə verilmiş nömrə Moskva şəhərində yerləşib. Şikayətçi müştəri gün ərzində rus dilində danışan operatorlara müraciət etsə də, ona cavab verən olmayıb. Hər dəfə Azərbaycan dilində müraciət edən müştəriyə deyiblər ki, gözləyin bir neçə saatdan sonra sizə öz dilinizdə cavab verən texniki işçi olacaq.

Lakin gün ərzində dəfələrlə telefon etməsinə baxmayaraq «Baku Electroniks»in müştərisinə Azərbaycan dilində cavab verən tapılmayıb. Ən maraqlı məqam odur ki, müştəri israrla Azərbaycan dilində yaranmış problemini çatdırmağa ünvan tapmayıb. Və bütün cəhdlərinə baxmayaraq 143 saylı telefondan da deyiblər ki, müraciətini rus dilində, Rusiyadakı servis mərkəzinə bildirməlidir.

Aktual.az Gundeminfo.az-a istinadən xəbər verir ki, şikayət edən müştəri deyir ki, o dəfələrlə israr etsə də, istehlakçı olaraq hüquqları kobud şəkildə pozulub. «Dəfələrlə mənimlə Azərbaycan dilində danışmalarını tələb etdim. Hər dəfə də aldığım kobud cavabla dəstəyi asdılar. Azərbaycan vıətəndaşlarına mal satan, kredit təklif edən bir şirkətin niyə bizdən yaranmış texniki nasazlığa görə rus dilində, Rusiyaya müraciət etməyimizi tələb etdiklərini başa düşə bilmədim. Bu barədə narazılığımı 143 saylı telefona da bildirdim. Düzdür yardım etdilər və zəmanət talonundakı göstəriciləri alaraq Rusiyaya mənim əvəzimdən sevris üçün sifariş edəcəklərini dedilər. Lakin maraqlıdır ki, hansısa «Baku Electroniks»in müştərisinə də eyni qaydada cavab verəcəklər. Axı bura Azərbaycandır və bu ölkənin vətəndaşlarına dövlət dilində servis xidməti göstərmək vəzifəsi də qanunvericiliklə məhz bu şirkətin əsas borcudur. «Baku Electroniks»in parnyorları, istehsalçı zavodunun harada yerləşməsindən asılı olmayaraq müştərilər haqlı olaraq öz ölkələrinin dilində və ölkələrinin daxilində müraciət eiməkdə haqlı deyillərmi?».

Əməkdaşlarımızın apardığı araşdırma zamanı şikayətçi vətəndaşın dedikləri həqiqətən də öz əksini tapıb.

internet ünvanındakı «bizə yazın» canlı dəstək operatoruna da bir nkeçə cümlədən sonra hər hansı bir irad bildirmək mümkün deyil. Yəni təqdim edilən 088 555 55 55 saylı Rusiya telefonu ilə əlaqə yaradılması bildirilir. İstehlakçı rus dilində müraciət edə bilməyəcəyini söyləyir. Lakin məlum olur ki, əslində gün ərzində bir neçə dəfə cəhd edilməlidir. Bir neçə deyil, dəfələrlə müraciət etməsinə baxmayaraq istehlakıçya 143 saylı qaynar xətdən deyirlər ki, yenə də müraciət edin və beləcə günlərdə müştəri süründürməçiliyin qurbanı olur.

Bu mövzu ilə bağlı olaraq ən kiçik detalları belə təqdim edəcəyik. Və müştərimiz bildirir ki, Azərbaycan Respublikası «İstehlakçıların hüquqları haqqında», həm də «Dövlət dili haqqında» qanunun müvafiq tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək barədə də düşünür. Onu da əlavə edək ki, problemlə qarşılaşan şikayətçi müştəri jurnalistdir. (Aktual.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]