Ölkə

Komitə sədri 170 minlik qalmaqalın güdazına gedir

24-02-2016, 00:24
Hicran Hüseynovanın işdən çıxarılması qətiləşib, lakin prose sbir qədər ləngiyəcək 

Son dövrlər adı gündəmdən düşməyən daha bir komitə sədrinin aqibətinin yazşı olmayacağı gözlənilir. Politika.az-a daxil olan məlumatlara görə, bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adı 170 minlik rüşvət qalmaqalına qarışmışdı. 
Komitə sədri 170 minlik qalmaqalın güdazına gedir
Belə ki, komitənin Aparat rəhbəri Səfər İmanovun vətəndaşdan külli miqdarda pul alaraq, onu icra başçısının müavini təyin etdirəcəyi məsələsi ortalığı qarışdırmışdı. Sonradan məlum oldu ki, İmanov öz ərizəsi ilə işdən azad edilib və ölkəni tərk edib. Amma buna baxmayaraq, belə bir iddia gündəmə gətirilmişdi ki, guya, aparat rəhbəri bunu təkbaşına etməyib və komitə rəhbərinin də məsələdə əli var. 
Komitə sədri 170 minlik qalmaqalın güdazına gedir
Qeyd edək ki, Hicran Hüseynova məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, onun məsələdən xəbəri yoxdur və bu işdə adının hallanmasına da təəccüb edir. Onun sözlərinə görə, hər şeyi istintaq araşdıracaq və əsl günahkarı üzə çıxaracaq. 
Komitə sədri 170 minlik qalmaqalın güdazına gedir
Politika.az-a daxil olan məlumatlara görə, Hicran Hüseynovanın bu açıqlaması hakimiyyət dairələri üçün yetərli olmayıb. İddialarda vurğulanır ki, komitə rəhbərinin adının belə qalmaqala qarışması, xüsusən də indiki həssas məqama təsadüf etməsi rəhbərliyi kifayət qədər qəzəbləndirib. Ona görə də, komitə rəhbərinin məsələsinə yenidən baxılması gündəmə gəlib. 
Komitə sədri 170 minlik qalmaqalın güdazına gedir
Mənbələr iddia edirlər ki, Hicran Hüseynova yaxın vaxtlarda vəzifəsindən azad oluna bilər. Lakin bununla bağlı prosesin bir qədər ləngidilməsi nəzərdə tutulub. Ona görə ki, indiki məqamda komitə rəhbərini işdən azad etmək, məsuliyyəti onun üzərinə qoymaq sayıla bilər. Daha doğrusu, hazırkı məqamda Hicran Hüseynovanın işdən çıxarılması hakimiyyətin onun rüşvət almasını təsdiqləməsi anlamına gələ biləcəyi ehtimal edilir. Ona görə də, aradan bir qədər keçdikdən sonra istefa qərarı qətiləşəcək.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]