İqtisadiyyat

“Bankların muzdla tutduğu hakimlər”

23-02-2016, 21:11
“Bankların muzdla tutduğu hakimlər”"Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər. Bank kredit borcunu ödəməyən şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətmanə 1 ay müddətində icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır.
Şəxsin hər hansı bir əmlakı ortaya çıxarsa, həmin əmlak üzərinə həbs qoyulur və satılır. Əgər əmlak yoxdursa, borc əməkhaqqı, pensiya, təqaüd və sair gəlirlərdən çıxılır. İcra haqqında qanuna əsasən hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Hətta şəxsin heç bir yerdən gəliri yoxdursa belə, o, məsuliyyətdən yayına bilməz”, – Xəzər TV-nin fevralın 22-də yayımlanan süjetində belə deyilir.
Qafqaznews.org saytına danışan hüquqşünas Xalid Bağırovun sözlərinə görə, Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasına görə, heç kim banka borcunu qaytarmamağa görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.view_DSC01873-300x229
"Azərbaycanda hakimlərin bir çoxu Avropa konvensiyasının bu tələbini pozurlar”, – deyə vəkil bildirib.
Əməkdaşımızın "Necə?” sualına X.Bağırov belə cavab verib: "Azərbaycanda banklara borcunu qaytara bilməyən borcluları məhkəmə qərarını yerinə yetirməməyə görə məsuliyyətə cəlb edirlər. Avropa Konvensiyasina görə isə məhkəmə qərarını icra etməmək həbs üçün əsas ola bilər”.
Onun sözlərinə görə, məhkəmələr krediti ödəməyə imkanı çatmayan borclular haqqında "qəsdən borcunu qaytarmamaq” qərarı çıxarırlar.
"Məhkəmə borcludan bankdakı krediti bağlamağı tələb edir. Məhkəmə qərarını yerinə yetirə bilməyənləri is məhkəmə qərarını qəsdən yerinə yetirməmək əsası ilə cinayət məsuliyyətinə cəlb edirlər”, – deyə vəkil qeyd edib.
Rəşad Rüstəmov

Administratorla əlaqə

077 611-55-22

[email protected]