Dünya

Misirli aktrisa: “İŞİD liderini öldürəcək adamla evlənəcəm”

21-02-2016, 18:55
Misirli aktrisa: “İŞİD liderini öldürəcək adamla evlənəcəm”

Misirin tanınmış aktrisası İlham Şahin son bəyanatı ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, aktrisa İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini öldürənlə evlənəcəyini açıqlayıb.

55 yaşlı aktrisa bildirib ki, terrorçunu öldürən şəxsin hansı milliyətdən olması onun üçün fərq etmir:

"Kim və haralı olması mənim üçün fərq etmir. Həmin şəxsə elə bir bal ayı yaşadayacağam ki, yuxusunda belə görsə inanmaz. Bağdadini öldürən şəxs istəsə, onun xidmətçisi belə olaram. Çünki, o, ölsə Yaxın Şərq hüzur tapacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]