Ölkə

Lerikdə yeni iş yerləri satışa çıxarılıb: 1 ştat 500 manat

21-02-2016, 00:52
Son vaxtlar əksər icra hakimiyyətlərində sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin açılması, bir sözlə mövcud iqtisadi çətinliklər şəraitində vətəndaşların sosial narazılıqlarının baş qaldırmaması üçün bir çox tədbirlər görülür. Belə bir şəraitdə cumhuriyyet.az olaraq Lerik rayonu ilə bağlı yayılan məlumatları təəccüb və təəssüflə qarlşıadıq. Məsələ burasındadır ki, Lerik rayonunda vətəndaşların iş yerləri ilə təmin olunması üçün rayonun eliktirik, qaz, komoxoz və yaşillaşma idarələrinə əlavə 40-ə yaxın ştat göndərilib. Amma rayon rəhbərliyi yeni ştatlara işə qəbulu özü üçün əlavə qazanc mənbəyinə çevirib.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bir müddət öncə yayımladığımız "Lerikin "buxalter”, bankir, məscid sökən icra başçısının yeni bazarı: 1 ştat 500 manat” başlıqlı məqalədə məlumat verərək bildirmişdik ki, Lerikdə vətəndaşlar üçün nəzərdə tutulan iş yerləri satışa çıxarılıb: "Bütün bunların təşkilatçısı kimi Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun göstərişi ilə icra başçısının birinci müavini Baxşiyev Cəlil Yüzbaşı oğlu olduğu bildirilən həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: "Yeni açılan iş yerlərinə qiymət qoyulub. 40-a yaxın ştatın hər biri 500 manat civarında dəyərləndirilir. Onu da bildirək ki, yeni iş yerlərinin hər birinin əməkhaqqısı orta hesabla 300 manatdır”. İddialara görə, vətəndaşlardan tələb olunan rüşvət verilmədiyi halda məşqulluq və icra hakimiyyətinin yolunda gedib gəlməklə kifayətlənəcək”.
Sözügedən yazı dərc olunduqdan sonra Lerikdən redaksiyamıza yeni məlumatlar daxil olub. Bu dəfə cumhuriyyet.az-ı məlumatlandıran mənbə yeni ştatların harda və kim tərəfindən satılmasının təfərrüatlarından danışıb: "Lerik rayon Andurma kəndinə 5 yeni ştat gəlib. Bu ştatlar qaz idarəsinə və digər təşkilatlara aiddir. Amma iş almaq üçün məşğulluq mərkəzində qeydiyyatda duran kənd sakinləri iş ala bilməyib. Adının çəkilməsini istəməyən həmin sakinlərdən biri bildirib ki, kənd icra nümayəndəsi Xanlar Həmidova iş üçün müraciət edib, ona deyilib ki yerlər artıq satılıb, boş ştat yoxdur. Mənbəmiz Andurma kəndində yeni ştatların 500 manata vətəndaşlara satıldığını bildirir.”
Mövzuyla bağlı araşdırmalarımız davam edir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]