Əsas Səhifə / Gündəm

Prezident İlham Əliyev: "Biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik"

13-02-2016, 23:09
"Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”. 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib. Onun sözlərinə görə, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir: "Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki,  bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. 

Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]