Gündəm

«SOCAR Türkiyə» baş icraçı direktoru qarət olundu

12-02-2016, 17:02

Hadisədə əli olmaqda şübhəli bilinən iki nəfərin isə axtarışları davam edir.

«SOCAR Türkiyə»nin baş icraçı direktoru və Petkim İdarə Heyətinin üzvü olan Kənan Yavuzun kredit kartından 150 min TL (80.325 AZN) pul çıxarılıb.

Türkiyənin «Vatan» qəzetinin məlumatına əsasən virtualaz.org xəbər verir ki, iş adamının alış-veriş mərkəzlərindən birində kredit kartında problem yarandığı üzə çıxıb. Banka müraciət edən iş adamına «kredit kartınızı itirdiyiniz üçün onu ləğv etdirmisiniz» deyilib. Kənan Yavuz isə belə bir müraciət etmədiyini bildirib.

Məlum olub ki, iş adamının kredit kartı naməlum şəxslər tərəfindən ələ keçirilib. Aparılan araşdırmalardan sonra fırıldaqçının kimliyi müəyyənləşib və həmin şəxs həbs edilib. Hadisədə əli olmaqda şübhəli bilinən iki nəfərin isə axtarışları davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]