İdman

Vüqar Həşimovun xatirə turniri keçirilməyəcək?

10-02-2016, 01:32
Vüqar Həşimovun xatirə turniri keçirilməyəcək?

Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Üçüncü şahmat super turnirinin keçirilməsi böyük sual altındadır.

Xeberman.com xəbər verir ki, maliyyə problemləri ilə əlaqədar "Memorial-2016 baş tutmaya bilər.

İlk iki turnir 2014-cü və 2015-ci illərdə Şəmkirdə keçirilib. Yarışlarda çox güclü iştirakçı heyəti toplanmışdı.

Şəmkirə norveçli dünya çempionu Maqnus Karlsen gəlmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]