İdman

Formula 1 yarışları ardıcıl 10 il Azərbaycanda keçiriləcək

4-02-2016, 20:54
Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb, BBC bu barədə rəsmi məlumat alıb.
Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də, kontraktın detalları indiyədək açıqlanmamışdı.
Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı "məxfilik şərtinə” görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.
Formula 1 yarışlarının neçəyə başa gəlməsi barədə təxminlər arasında fərq böyük olsa da, Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il "80-90 milyon dollara” başa gəlir, ekspert Christian Sylt BBC Azərbaycancaya deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]