Foto Fakt

Dünyanın ən çox ziyarət edilən turizm şəhərləri - FOTO

2-02-2016, 00:11
Dünyanın ən çox ziyarət edilən turizm şəhərləri - FOTO

Dünyanın ən populyar turizm şəhərlərinin adları açıqlanıb. 

Oxu.Az xəbər verir ki, Britaniyanın "Euromonitor International” strateji bazar araşdırmaları şirkətinin analitikləri yeni bir hesabat hazırlayıb.

Qeyd edək ki, "Euromonitor”un ilk 25-nə düşən şəhərlər arasında Türkiyənin İstanbul və Antalya şəhərləri də yer alıb. 

"Euromonitor”un məlumatlarına görə, 2014-ci ildə Antalyanı 11,5 milyon, İstanbulu isə 11,87 milyon nəfər ziyarət edib. 

Dünyanın ən populyar turizm istiqaməti isə Honq Konq olub. 2014-cü ildə bu şəhər 27,7 milyon nəfər tərəfindən ziyarət edilib. 

London isə Honq Konq-dan sonra turistlər tərəfindən ziyarət edilən 2-ci şəhər olub. Belə ki, 2014-cü ildə bu şəhəri nə az, nə çox düz 17,38 milyon nəfər turist ziyarət edib. 

Qeyd edək ki, "Euromonitor”un təhqiqat dairəsinə Azərbaycan da daxildir. Təəssüf ki, Azərbaycanın şəhərlərindən heç biri 25-yə daxil edilməyib. 

1.    Honq Konq - 27,77 milyon nəfər

2.    London- 17,38 milyon nəfər

3.    Sinqapur- 17,09 milyon nəfər

4.    Bankok, Tayland- 16,25 milyon nəfər

5.    Paris, Fransa- 14,98 milyon nəfər

6.    Macau, Las-Veqas- 14,97 milyon nəfər

7.    Şenzhen, Çin- 13,1 milyon nəfər

8.    Nyu-York- 12,23 milyon nəfər

9.    İstanbul, Türkiyə- 11,87 milyon nəfər

10.    Kuala-Lumpur, Malayziya- 11,63 milyon nəfər

11.    Antalya-Türkiyə- 11,5 milyon nəfər

12.    Dubay, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)- 11,39 milyon nəfər

13.    Seul, Cənubi Koreya- 9,39 milyon nəfər

14.    Roma, İtaliya- 8,78 milyon nəfər

15.    Taipei, Tayvan- 8,6 milyon nəfər

16.    Guangzhou, Çin- 8,2 milyon nəfər

17.    Phuket, Tayland- 8,1 milyon nəfər

18.    Miami- 7,26 milyon nəfər

19.    Pattaya, Tayland- 6,43 milyon nəfər

20.    Şanxay, Çin- 6,4 milyon nəfər

21.    Praqa, Çexiya Respublikası- 6,35 milyon nəfər

22.    Las-Veqas- 6,13 milyon nəfər

23.    Məkkə, Səudiyyə Ərəbistanı- 6,12 milyon nəfər

24.    Milan, İtaliya- 6,05 milyon nəfər

25.    Tokio, Yaponiya- 5,99 milyon nəfər. 


Administratorla əlaqə

077 611-55-22

[email protected]