Əsas Səhifə / Gündəm / Siyasət

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

24-01-2020, 12:15
  Sarayında “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbusların məsələsi” mövzusunda müzakirələr aparacaq.

Xeberman.com Turan.az-a istinadən məlumatına görə RATİ-nin press-relizində deyilir ki, görüş zamanı və Azərbaycandakı mövcud vəziyyət barədə birbaşa təcrübəsi və hərtərəfli məlumatı olan bir qrup ekspert siyasi məhbus və vicdan məhbusları məsələsini müzakirə edəcək. Siyasi motivlərlə həbs edilən müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə xüsusi diqqət yetiriləcək.

Tədbirdə çıxış edəcəklər:

• Emin Hüseynov - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru və hüquq müdafiəçisi;

• Anna Rurka - Avropa Şurası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının prezidenti;

• Ştefan Şennax - AŞPA üzvü və Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi;

• Arif Məmmədov - keçmiş səfir və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri;

Sponsorlar:

• Tomas Hammerberq - İsveç, SOC

• Jak Mer - Fransa, ALDE 

Administratorla əlaqə

077 611-55-22

[email protected]