Dünya / Foto Fakt

Müəllimlər və həkimlər ABŞ səfirliyinə od vurdular – Foto

2-06-2019, 04:37
Hondurasda hökumət əleyhinə nümayişlər davam edir. Etirazçılar ABŞ səfirliyinin giriş qapısının önündə təkərlər yandırıblar.


Xeberman.com xəbər verir ki, etirazçıların lideri Suyapa Figueroa bildirib ki, səfirliyin qarşısındakı yanğını nümayişçilərin arasına sızan hökumətyönlü şəxslər törətmiş ola bilər.





Hondurasda minlərlə müəllim və tibb işçisi tərəfindən ölkədəki səhiyyə və təhsil sektorunda planlaşdırılan islahatlara qarşı dünən keçirilən aksiyada 25 nəfər yaralanmışdı. Etirazçılar islahatların özəlləşdirməyə və kütləvi ixtisarlara səbəb ola biləcəyindən narahatdırlar. Hökumət isə öz növbəsində bu iddiaları rədd edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]