Xəbərlər / Reportaj

Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası

1-06-2019, 23:14
Cümə günü İslam Partiyasının 20-yə yaxın fəalı İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. İştirakçılar "Məhv olsun ABŞ və İsrail!", "Qarabağa azadlıq!", "Qüdsə azadlıq!" şüarları səsləndiriblər.
Hadisə yerinə gələn polis qüvvələri aksiyanın keçirilməsinə imkan verməyib.
Aksiya iştirakçıları bildiriblər ki, bir neçə nəfər saxlanılıb və Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.
Amma polis idarəsindən Press-az.com -a bildiriblər ki, 27-ci bölməyə aksiya iştirakçıları gətirilməyib.



Administratorla əlaqə

077 611-55-22

[email protected]