Hava haqqında / Gündəm

Növbəti 3 günün havası açıqlandı

26-05-2019, 04:26
Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Xeberman.com-a verilən məlumata görə, respublikanın rayonlarında 26, 27, 28 may tarixlərində hava şəraitinin dəyişkən olacağı gözlənilir.


“May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək”, – məlumatda qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]