Kriminal

Bakıda bir qadın 4 qadını fahişəliyə cəlb etdi – Təfərrüat

25-05-2019, 19:20
Bakının Nizami rayonunda həmcinslərini fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, akı şəhər sakini İlahə Heydərova paytaxtın Nizami rayonunda əxlaqsızlıq yuvası təşkil edib.

Ayrı-ayrı qadınları həmin əxlaqsızlıq yuvasında kişi müştərilərlə görüşdürüb və gəlir əldə edib.

İstintaq orqanı tərəfindən İlahə Heydərovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

İlahə Heydərovanın cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İlahə Heydərovanın cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Şəlalə Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 30-na təyin edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]