Təhsil / Layihə / Maraqlı

Olimpiadanın final mərhələsinin vaxtı açıqlandı

24-05-2019, 04:09
Xeberman.com xəbər verir ki, mayın 25-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək.

Məktəb-Lisey Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil ediləcək olimpiadanın final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 621 məktəblinin iştirakı nəzərdə tutulub.

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının ilk turunda olduğu kimi, final mərhələsində də şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) veriləcək.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]