Gündəm

Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

22-05-2019, 02:04
Sabunçudan Bakıya hərəkət edən qatarlarda gediş haqqı 50 qəpik təşkil edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə AzTV-nin efirində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.

Cavid Qurbanovun sözlərinə görə, qatarda gediş haqqı avtobuslara nisbətən daha ucuz olacaq. Eyni istiqamətdə marşrut avtobuslarında gediş haqqı 60 qəpikdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]