Gündəm

Nəsimi rayonunda növbəti səyyar qəbul keçirildi (FOTO)

14-05-2019, 21:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanda növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski, H.B. Əliyev, A.Mustafayev küçələrində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən Zeynalova Nəzakət, Aslanova Tərlan, Paşayeva Rəna, Bünyatov Mübariz, Məlikova Südabə, Rəhimov Əvəz, Cəfərov Ruslan və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, məişət tullantıları qutularının yerinin dəyişdirilməsi, yaşıllqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsi, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata

keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır.

Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi stiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.

Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]