İdman / Maraqlı

41 yaşlı futbolçunun qolu “Bavariya”nı çempionluğa yaxınlaşdırıb

5-05-2019, 13:03
41 yaşlı futbolçunun qolu “Bavariya”nı çempionluğa yaxınlaşdırıb
Almaniya Bundesliqasında XXXII turun beş oyunu keçirilib.

ONA-nın məlumatına görə, çempionatın lideri “Bavariya” “Hannover” üzərində qələbə qazanıb.

Dortmund “Borussiya”sı isə səfərdə “Verder”ə qalib gələ bilməyib. Qonaqlar iki qol vurub üstünlük qazansalar da, bremenlilər məğlubiyyətdən qaçıb. Matçda sonuncu qolu 41 yaşlı Klaudio Pisarro vurub ki, onun bərabərlik topu sabiq komandası “Bavariya”nı çempionluğa yaxınlaşdırıb. Nəticədə liderlə izləyicisi arasında xal fərqi 4 xala çatıb. Bu isə çempionun növbəti turda müəyyənləşməsi ehtimalı yaradıb.

“Volfsburq” “Nürnberq”lə, “Herta” “Ştutqart”la matçda qələbəyə sevinib. Mönhenqladbax “Borussiya”sı isə “Hoffenhaym”la görüşdə bir xalla kifayətlənib.

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXXII tur
4 may
“Borussiya” M – “Hoffenhaym” – 2:2
Ginter, 71, Drmiç, 84 – Kaderabek, 32, Amiri, 79
“Bavariya” – “Hannover” – 3:1
Levandovski, 27, Qoretska, 40, Riberi, 84 – Conatas, 51 (pen.)
“Herta” – “Ştutqart” – 3:1
İbişeviç, 40, Duda, 45, Kalu, 67 – Qomes, 70
“Volfsburq” – “Nürnberq” – 2:0
Klaus, 38, Tisserand, 78
“Verder” – “Borussiya” D – 2:2
Mohvald, 70, Pisarro, 75 – Pulişiç, 6, Alkaser, 41

Administratorla əlaqə

077 611-55-22

[email protected]