Əsas Səhifə / Gündəm

"Məmur özbaşınalığına son qoyulana qədər..." - Azərbaycanlı milyonçu kimə sərt mesaj göndərdi?

4-05-2019, 15:39

İndoneziyadakı işgüzar səfərdən sonra ilk işim tərsanəni ziyarət etmək oldu. Sevinərək demək istəyirəm ki, "Məhəmməd Əmin Rəsulzadə” adlı gəmimiz ilk səfərinə artıq hazırdır".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimov sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, may ayının 15-də bu gəmi dünya sularına çıxacaq:

"Heyətlə tanış oldum: Qubadan, Xaçmazdan, Lənkarandan, Bakıdan, Naxçıvandan, bir sözlə, Azərbaycanın hər bir gözəl güşəsindən dənizçilərimiz var. Onların hər biri yüksək maaş alıb ailələrinə, Vətənim Azərbaycana halal qazandıqlarını göndərəcəklər.

Mən, bəziləri kimi, içəridən çölə daşımıram. Qazandığımı iqtisadiyyata dəstək olaraq Azərbaycana göndərirəm. Azərbaycandan xarici ölkələrə daşımıram. Öz azərbaycanlılarıma yedirirəm, əcnəbilərə deyil. Bəzi köpəklər deyir ki, guya mən başqa biznesə qoşulmuşam, başqa işlərlə məşğulam. Yenə də yalan! Bizim işimiz dənizçilikdir.

Mən Azərbaycan iqdtisadiyyatına dəstək olaraq cənub bölgəsində otel, "Pal Süd” və "Xəzər” idman kompleksi yaratdım. Azərbaycanda başqa yatırımım yoxdur və rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər olmayacaq. Mən şəffaflığı sevirəm. Ona görə, it hürər karvan keçər.

Karvan demişkən, yeni gəmi karvanımız İndoneziyaya doğru istiqamət götürüb. Bu gəmilərimiz də Azərbaycanlı ve Türk dənizçilərinə əmanət. Uğurlarımıza hələ çox sevinəcəksiniz!".

Administratorla əlaqə

077 611-55-22

[email protected]