Əsas Səhifə / Gündəm

Sərnişinlərdən hər biletə görə əlavə 2-3 manat pul alınır…

29-01-2016, 22:01

Həmçinin bildirilir ki, kassalarda hər biletə əlavə olaraq 2-3 manat tələb olunur.

Sərnişinlərdən hər biletə görə əlavə 2-3 manat pul alınır…

Bizimxeber.az- redaksiyasına çoxsaylı vətəndaşlar tərəfindən müraciətlər daxil olmaqdadır. Vətəndaşlar Azərbaycan Dəmir Yolları QSC-nin fəaliyyətindən, konkret olaraq bilet satışı zamanı yaradılan əngəllər və alınan əlavə pullardan narazılıq edirlər.

Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, Azərbaycan Dəmir Yolları QSC-nin bilet satışı nöqtələrində ciddi problemlər hökm sürür. 2 aydan çoxdur ki, online bilet satışı sistemi işləmir və bunun bilərəkdən edilidiyi idda olunur. Həmçinin bildirilir ki, kassalarda hər biletə əlavə olaraq 2-3 manat tələb olunur.

Qeyd olunur ki, Onlayn bilet sisteminin müvəqqəti olaraq dayandırılması Cavid Qurbanov tərəfindən verilib. Belə bir qərarın verilməsinin səbəbləri barədə əsaslı açıqlama verilmir. Elə isə maraqlıdır? Online bilet satışı niyə dayandırılıb? Araşdırmalırımız davam edəcək…

Administratorla əlaqə

077 611-55-22

[email protected]