Gündəm

Daha bir əsgərimiz şəhid oldu

29-01-2016, 20:56
Daha bir əsgərimiz şəhid oldu

Yanvarın 29-da saat 15 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Bu barədə Qaynar.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatlıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

Müdafiə Nazirliyi bldirir ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]