Xəbərlər / Tibb

Bu şəxs 2.4 milyon insanı ölümdən qurtarıb

17-04-2019, 09:59

O, 14 yaşında ağır xəstəlik keçirdir. Ağciyərinin biri əməliyyatla götürülür. Avstraliyalı Ceyms Harrison 3 ay ərzidə xəstəxada qalır. Bu müddət ərzində qanvermənin əhəmiyyətini daha yaxşı anlayır.

Publika.az xəbər verir ki, Harrison 18 yaşından etibarən qan verməyə başlayıb. Həmin illərdə isə tibb dünyası körpələrdəki qan uyumsuzluğuna çarə axtarırdı. Qan bankında aparılan araşdırmadan sonra Ceymsin qanında körpə ölümünün qarşısını ala bilən antikor tapılır. Anasının qan qrupu müsbət, özü isə mənfi qan qrupuna sahib olan körpələrin ölümləri Ceyms sayəsində dayanır.

Bu günədək Harrison 2,4 milyon körpənin həyatını qurtarıb. Ötən il 81 yaşını qeyd edən Harrisonun son 173-cu qan verməsindən sonra klinikada təsirli anlar yaşanıb. Hələ 2003-cü ildə "Ginnesin rekordları kitabı"na daxil olan Ceymsin yerini tuta biləcək 200 dünya sakini var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]