Texnologiya

"Huawei" ABŞ hökumətini məhkəməyə verib

12-04-2019, 11:22
"Huawei" ABŞ hökumətini məhkəməyə verib
Çinin "Huawei" telekommunikasiya şirkəti ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət nümayəndələri iddia edirlər ki, dövlətin bu müəssisənin avdanlıqlarından istifadə edən şirkətlərlə əməkdaşlığa qadağa qoyması qanunsuzdur.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, iddia Texas dairə məhkəməsinə verilib.

Şirkət nümayəndələri qeyd edirlər ki, ABŞ hökuməti "Huawei" məhsullarından istifadəyə qadağa üçün əsas irəli sürməyib.

Daha əvvəl "Huawei"in maliyyə direktoru Kanada hökumətini məhkəməyə verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]