Xəbərlər

DTX sədrindən çağırış: Gənclər bundan uzaq dursun

7-04-2019, 15:00

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib:

"Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".

Administratorla əlaqə

077 611-55-22

[email protected]