İdman

"Real" Rafael Varan üçün yarım milyard avro istəyir

4-04-2019, 19:42
"Real" Rafael Varan üçün yarım milyard avro istəyir
PSJ "Real"ın futbolçusu Rafael Varanı transfer etmək istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu bu mövsümün sonu komandadan gedəcəyi gözlənilən Tiaqo Silvanın yerini fransalı müdafiəçi ilə doldurmağı planlaşdırır.

Ancaq PSJ-nin 25 yaşlı oyunçunu almağı çətin olacağı bildirilib. Çünki "Yuventus" və "Mançester Yunayted"in də maraqlandığı Varanı Madrid klubunun baş məşqçisi Zinəddin Zidan buraxmaq istəmir. "Real" oyunçunu istəyən klublara isə artıq bildirib ki, Varanı almaq üçün təzminat qiyməti olan 500 milyon avro ödəməlidirlər.

Qeyd edək ki, Varanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]