İdman

Messinin Azərbaycanda oxşarı peyda oldu - VİDEO

3-04-2019, 14:28

Argentinalı futbol ulduzu Lionel Messinin Azərbaycanda oxşarı peyda olub.

Oxu.Az xəbər verir ki, bu, Röyal Ağamalıyevdir.

Fiziki görkəmi etibarilə Messiyə oxşarlığı onu Azərbaycanda xeyli məşhurlaşdırıb. Hətta onu əsl Messi sanıb, onunla şəkil çəkdirənlər də olur.

Saç düzümü, saqqalı, üz cizgiləri, hətta boyu eynilə Messiyə bənzəyir. 30 yaşlı Röyal Ağamalıyev “Barselona” klubunun ulduzu Messiyə olan oxşarlığı ilə hər kəsin diqqətini çəkir.

Röyal peşəkar futbolçu olmasa da, futbola böyük marağı var. O deyir ki, topla çox məharətlə davranır. Elə ona görə də dostları ilə tez-tez futbol oynayır.

Azərbaycanlı “Messi”nin ən böyük arzusu isə argentinalı oxşarı ilə görüşməkdir. Röyal sosial şəbəkə vasitəsilə Messi ilə əlaqə qurmağa çalışıb.

Röyal özü futbolçu ola bilməsə də, gələcəkdə övladının peşəkar futbolla məşğul olmasını istəyir.

Qeyd edək ki, bundan əvvəl İranın paytaxtı Tehranda yaşayan Rza Parateş adlı oxşarı dünya mediasının diqqətini cəlb etmişdi. O, hətta həqiqi Lionel Messi ilə görüşmək imkanı da əldə etmişdi.


Administratorla əlaqə

077 611-55-22

[email protected]