Xəbərlər / Tibb

Günəbaxan yağının ziyanları - Araşdırma

27-03-2019, 10:55

Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Sağlamolun.az bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.

Qaraciyərin piylənməsi zamanı orqanın hüceyrələri zədələnir, iltihablaşır, distrofiyaya uğrayır. Piylənmənin fonunda sirroz və xərçəng kimi ağır xəstəliklərin inkişafı riski dəfələrlə artır.

Araşdırma göstərib ki, zeytun yağı istehlak edən heyvanların qaraciyərinin vəziyyəti daha sağlamdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]