Xəbərlər

İlham Əliyev: Hacı Zeynalabdin Tağıyev mənim babama dəstək olub – VİDEO

2-03-2019, 13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə maraqlı anlar baş verib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı İlham Əliyev aktyor, əməkdar artist Bəhram Bağırzadə ilə danışarkən maraqlı faktlar açıqlayıb.

“Hacı Zeynalabdin Tağıyev böyük insan olub. Böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Hardasa 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim iştirakımla abadlaşdırılıb. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazıb və xahiş etmişdi ki, ona pul versin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin Tağıyev əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi”, - deyə Prezident İlham Əliyev bildirib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]