Xəbərlər

Həsən Ruhani: "Ermənistana təbii qazın həcmini artırmağa hazırıq"

27-02-2019, 19:03
Həsən Ruhani: "Ermənistana təbii qazın həcmini artırmağa hazırıq"
Xəbər verildiyi kimi, İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan prezident Həsən Ruhani ilə görüşüb.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezident H.Ruhani iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu söyləyib.

“Biz danışıqlarda energetika sahəsində Gürcüstanla birlikdə üçtərəfli, Rusiya ilə isə dördtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə etdik”,-deyə İran lideri birgə mətbuat konfransında söyləyib.

Ruhani Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. O, Ermənistan vasitəsilə İran körfəzini Qara dənizə birləşdirəcək bağların qurulmasının vacib olduğunu deyib.

“Müzakirələrdə diqqət olunası ən vacib nöqtə hər iki dövlətdə münasibətlərin inkişafı üçün arzu, potensial və iradənin olmasıdır. Biz bunun üçün hökumətdəki məsul şəxslərə bütün məsələlər üzrə müzakirələr aparılması üçün göstəriş verdik”,-deyə İran prezidenti vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]