Texnologiya

"Facebook" İranla bağlılığı olan bir neçə yüz səhifə və akkauntu silib

10-02-2019, 14:31
"Facebook" İranla bağlılığı olan bir neçə yüz səhifə və akkauntu silib
"Facebook" sosial şəbəkəsi İranla bağlı olan 780 mindən çox səhifə və akkauntu silib.

Trend-in məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsinin məlumatında deyilir.

Məlumatda deyilir: "Bu gün biz "Facebook" və "İnstaqram"da əlaqələndirilmiş, yanıldan fəaliyyətlə məşğul olan çox sayda səhifə, qrup və akkauntları silmişik. Silinən səhifələr, qruplar və akkauntların İranla bağlılığı olub. Ümumilikdə hər iki sosial şəbəkədə 2 milyondan artıq izləyicisi və oxuyucusu olan 780-dən artıq səhifə, qrup və akkaunt silinib".

Bildirilir ki, sözügedən səhifələrdə naməlum şəxslər tərəfindən dünyanın müxtəlif regionlarından, əsasən Yaxın Şərq və Cənubi Asiya ölkələrindən olan istifadəçilərə təsir göstərmək məqsədilə paylaşımlar edilirmiş.

Administratorla əlaqə

077 611-55-22

[email protected]