Xəbərlər / İqtisadiyyat

Azərbaycana gətirilən mallar nişanlanacaq

4-02-2019, 13:12
Azərbaycana gətirilən mallar nişanlanacaq
Aşağı gömrük tarifləri ilə ölkəyə gətirilən, sonradan isə satışa çıxarılan məhsulların yerli istehsala zərbə vurması ilə bağlı bir neçə sahibkar məsələ qaldırmışdı.

Oxu.Az xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, bu, ciddi məsələdir və nazirlik bunun qarşısını almaq üçün malların nişanlamasına başlayacaq.

Yəni gömrükdən Azərbaycana keçən hər bir məhsul nişanlanacaq və bu, imkan verəcək ki, həmin məhsulun ölkə üzrə bütün hərəkəti izlənilsin.

S.Ələkbərov hesab edir ki, bu, nəticədə, mal və məhsullar üzrə uçotun düzgün qurulmasına və iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]