Xəbərlər / Tibb

Ayaqdan çıxan corabı iyləməyin! - Qorxulu xəstəliyə yoluxa bilərsiniz

22-12-2018, 11:12
Ayaqdan çıxan corabı iyləməyin! - Qorxulu xəstəliyə yoluxa bilərsiniz
Ayağından çıxardığı corabdan iy gəlib-gəlmədiyini yoxlamaq üçün bəziləri onu iyləyir. Təbii ki, bu corabları yumamaq üçün olunan cəhddir. Xüsusən də subayların... Lakin bu, "corabı iylədim, atdım” deyəcəyiniz qədər bəsit bir şey deyil. Məsələ heç də bu hərəkətin etik görünməməsində deyil, sağlamlıq üçün təhlükəli olmasındadır.

BakuPost Medicina.az-a istinadən xəbər verir ki, çirkli corabları iyləməklə ciddi ağciyər infeksiyayına yoluxmaq mümkündür. Belə ki, ayaqqabıda yaranmış göbələk infeksiyası coraba keçir, orada inkişaf edir. Corabları iynəyərkən o, ağciyərə düşə və insanı sinə ağrısı və öskürəklə müşayiət edən güclü xəstəliyə yoluxdura bilər.

Buna görə də həkimlər corabların təmiz və ya çirkli olmasını yoxmalaq üçün corabları iynəməyi məsləhət görmürlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]