Xəbərlər / Mədəniyyət

“Bank of Baku” intihar etmiş yazıçını məhkəməyə verdi

22-12-2018, 11:08

Mərhum gənc yazar Mövlud Mövlud haqda məhkəmə qərarı çıxarılıb.

BakuPost xəbər verir ki, bu barədə tanınmış jurnalist İlkin Muradov qeyd edib. O bildirib ki, Mövlud Mövludun vəfatından 2 ilə yaxın vaxt keçsə də, məhkəmə işi hətta icraya göndərib.

Vəfat etmiş bir şəxslə bağlı məhkəmə qərarının çıxarılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Mövludun yaxınları bildiriblər ki, onun vəfatı ilə bağlı "Bank of Baku”ya məlumat verilib, lakin bank kreditin ödənilməsini tələb etməkdə israrlıdır.

Qeyd edək ki, gənc yazar Mövlud Mövlud 2017-ci il martın 16-da vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]