Əsas Səhifə / Layihə

Avstriya Azərbaycanlıları Cəmiyyəti Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə keçrilən tədbirdə iştirak edib.

15-12-2018, 21:41
Avstriya Azərbaycanlıları Cəmiyyəti Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə keçrilən tədbirdə iştirak edib.

Xeberman.com xəbər verir ki,Dekabrın 13- 14-də Sloveniyada Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Dekabrin 14-də anım tədbirləri Mehdi Hüseynzadənin döyüş yolu keçdiyi və həlak olduğu Nova Qoritsa regionunda davam etdirilib. Nümayəndə heyəti yerli sakinlər və müharibə veteranlarının iştirakı ilə Şempas kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və onun xatirəsinə yaradılmış muzeylə tanış olub. Daha sonra cəmiyyətin üzüvləri Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib, Çepovan məzarlığında Mehdi Hüseynzadənin məzarını ziyarət edib.










Nova Qoritsa Universitetinin prorektoru Mladen Franko əfsanəvi kəşfiyyatçı Mixaylonun həyat və döyüş yoluna nəzər salıb, onun Adriatik dənizi sahillərindəki partizan fəaliyyətinə xüsusi diqqət ayırıb. Qeyd edilib ki, Mehdi Hüseynzadə İtaliyanın Udine regionunda alman əsirliyindən qaçaraq partizan hərəkatına qoşulub və Sloveniyanın Primorsk regionunda alman faşizminə qarşı mübarizə aparıb. Yuqoslaviya Xalq Azadlıq Ordusunun IX korpusu komandanlığının tapşırığı ilə Mixaylo Qradnik adına 31-ci diviziyanın qərargahı yanında kəşfiyyat-təxribat qrupu yaradıb və ona başçılıq edib. Onun qəhrəmanlığı, həyata keçirdiyi əməliyyatlar onu yerli əhalinin sevimlisinə, almanların isə qorxunc yuxusuna çevirib. 1944-cü il noyabrın 2-də Nova Qoritsa yaxınlığında yerləşən Solkan qəsəbəsindəki əməliyyatdan geri dönən Mixaylo Vitovlye kəndində alman hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Əvvəlcə yaxınlıqdakı Şempas kəndində dəfn edilən Mixaylonun nəşi noyabrın 19-da silahdaşları və yerli əhali tərəfindən Çepovan məzarlığındakı qardaşlıq məzarına köçürülüb

Administratorla əlaqə

077 611-55-22

[email protected]