Əsas Səhifə / Ölkə

Ziya Məmmədov villalarını sökdürür?!

27-01-2016, 22:53
Ölkə prezidenti İlham Əliyevin keçirdiyi son müşavirə nazir-oliqarxları təşvişə salıb. Etibarlı mənbədən aldığımız məlumata görə, Nəqliyat naziri Ziya Məmmədov növbəti dəfə özünə məxsus 3 villanın sökülməsinə göstəriş verib. Məlumatda qeyd edilib ki, villalardan yalnız bahalı mebellər çıxarılaraq naməlum istiqamətə daşınıb. Nərimanov rayonu ərazisində yerləşən, qiyməti 10 milyon dəyərində olan villanın söküntüsünün isə yalnız gecələr aparıldıgı söylənilir. O da maraqlıdır ki, zamanında milyonlarla vəsait sərf edilmiş villalar nədən sökülür?! Dövlətin sərvətini özlərinə bu cür villalar tikdirərək dağıdanlar, elə bu dövlət, millət uğrunda şəhid olan şəxslərin ailələrinə həmin mülkləri hədiyyə etsəydilər günahları bir misli olsa belə azalardı. Hər halda biz təklifimizi veririk. Bunu yerinə yetirmək isə nazir-oliqarxların vicdanına qalıb... Nicat Sadiq
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]