Əsas Səhifə / Xəbərlər

BAKIDA ŞİRKƏT BİNASINDA DƏHŞƏTLİ YANĞIN – YENİLƏNİB

4-12-2018, 11:18
Bakıda “Veysəloğlu” şirkətinə məxsus binada baş verən yanğın söndürülüb.


Bu barədə A24.az-a şirkətdən məlumat verilib. Bildirilib ki, yanğın şirkətin anbarına bitişik yardımçı sahədə baş verib: “Heç bir xəsarət olmayıb. Məhsullara da zərər dəyməyib. Çünki yanğın yardımçı sahədə olub deyə orada məhsullarımız da olmayıb. Ciddi maddi ziyan dəyməyib. Yanğın da həmin yardımçı sahədə qısa qapanma nəticəsində baş verib”.

Şirkət rəsmisi bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

***

Bakıda yanğın başlayıb.

A24.az-ın əldə etdiyi məlumata görə, yanğın Nizami rayonu Keşlə qəsəbəsində “Veysəloğlu” şirkətinin inzibati binasında başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün müvafiq işlər görülür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]