Əsas Səhifə / İqtisadiyyat

“Deka Bank”: Göstəricilərimiz normalıdır, lisenziyamzın ləğv olunması üçün əsas yoxdur

27-01-2016, 21:41
“Deka Bank”: Göstəricilərimiz normalıdır, lisenziyamzın ləğv olunması üçün əsas yoxdur

"Deka Bank”ın lisenziyasının ləğv olunması üçün heç bir əsası yoxdur. Mərkəzi Bankın bir sıra bankların lisenziyalarını ləğv etdikdən sonra, Bankımızın müştərilərini təşviş keçirməməyə çağırıram”.

Bunu Xeberman.com-a Bankın İdarə Heyətinin sədr müavini Adil Səfərov bildirib.

"Hazırda "Deka Bank”ın nizamnamə kapitalı 52 milyon manat, məcmu kapitalı isə 57 milyon manatdır. Bankımızın likvidlik problemi yoxdur, dövriyyəsi var, kreditlərinin həcmi böyükdür. Qısası, göstəricilərimiz normaldır”, - Adil Səfərov deyib.

Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarına qarşı məcmu kapital tələbi minimum 50 milyon manatdır."Deka Bank"ın məcmu kapitalı bu məbləğdən çoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]