Əsas Səhifə / Ölkə

TQDK saxtakarlıqları üzə çıxardı - Foto

27-01-2016, 20:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) saxta nəşrlərlə bağlı məlumat yayıb.

 

TQDK-dan Axar.az-a verilən məlumatda bildirilib ki, son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.

 

Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir:

 

"Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]