Xəbərlər / Ölkə

Yeni ildə neçə gün istirahət edəcəyik? - TƏQVİM

19-11-2018, 13:41

Azərbaycanda Yeni il bayramında beş gün qeyri-iş günü olacaq.

Oxu.Az-ın məlumatına görə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2019-cu ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Bundan əlavə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. Bu səbəbdən ölkədə dekabrın 29-dan yanvarın 2-si də daxil olmaqla, ardıcıl beş gün iş olmayacaq.

Yanvarın 3-ü, cümə axşamı Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]