Avto

Bu maşınların sürücüləri niyə cərimələnir?

7-11-2018, 13:36
Bu maşınların sürücüləri niyə cərimələnir?
Son günlər Bakıda, xüsusilə şəhərin mərkəzi küçələrində yük avtomobilləri sürüclərinə müəyyən qadağalar tətbiq edilib. Sürücülər bildirib ki, bir müddətdir onlara qadağalarla yanaşı, müəyyən cərimələr də yazılır.

Axar.az xəbər verir ki, yük avtomobili sürücülərinə cərimələri adətən 3.4 "Yük avtomobillərinin hərəkəti qadağandır" nişanının tələbini pozmağa görə yazırlar.

Sürücülərin şikayətini nəzərə alan hüquqşünas Ərşad Hüseynov açıqlamasında bildirib ki, yük avtomobilləri üçün nəzərdə tutulmuş müəyyən yol nişanları var və belə nişan olmayan küçələrdə və prospektlərdə heç kəsə cərimə yazıla bilməz:

“Prezidentin 1 fevral 2006-cı il №1255 Sərəncamı və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə qərarı var. Qərara əsasən 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla və qadağan olunmuş müddətdə (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücləri cərimələnə bilər.

Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz”.

Hüquqşünas bildirib ki, yük avtomobili sürücüləri qanunu bilsələr, cərimələnməzlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]