İqtisadiyyat

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş tədbir keçirilib

31-10-2018, 11:29
Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit" mövzusunda tədbir keçirilib. Xeberman.com xəbər verir ki, energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb..

AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte Azərbaycanın AYİB-lə birgə həyata keçirdiyi layihələri xatırladıb, bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tədbirin əsas müzakirə predmetlərindən biri bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması, özəl investisiyaların cəlb ediməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması ilə bağlı olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]