Siyasət / Dünya

Həsən Ruhaninin mobil telefonu dinlənilib

30-10-2018, 17:47

İran prezidenti Həsən Ruhaninin telefonu dinlənilib və buna görə ona daha etibarlı telefon veriləcək.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Təşkilatının sədri, briqada generalı Rza Cəlali açıqlama verib.
O, dinlənilmə faktını təsdiqləyərək hadisənin detalları barədə tezliklə ətraflı məlumat verəcəyini deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]