Xəbərlər / Maraqlı

Bakıda 19 yaşlı gəncdən riskli hərəkət - Video

29-10-2018, 10:44

19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb.

Həmin gənc paytaxt sakini, 19 yaşlı, 3-cü kurs tələbəsi Fərid Hüseynovdur. O, əvvəllər bir neçə ekstrimal hərəkətlər edib. Ən risklisi və diqqət çəkəni isə budəfəki olub.

Bu hərəkətlər akrobatik ekstremal hesab edilən parkur idman növünə aiddir. Burada divar, baryerlər, ağaclar və pilləkənlərdən maneə kimi istifadə olunur. Qaçış, dırmanma, yellənmə, tullanma kimi hərəkətlərdən istifadə edərək bu maneələr mümkün qədər effektli və sürətlə keçilir.

Fərid Hüseynov etdiyi riskli hərəkətləri başqalarına tövsiyə etmir. Onun sözlərinə görə, bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etməyə ehtiyac var.

O, məqsədinin həm də gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil emtək olduğunu deyir.

Axar.az Xəzər Xəbər-ə istinadən videomaterialı təqdim edir:


Administratorla əlaqə

077 611-55-22

[email protected]